Accessibility links

Rusiya Ukrayna üçün yeni qaz planı təklif edir


Rusiya deyir ki, Ukrayna qaz ehtiyatları toplamaqda çətinlik çəkir. Bu isə həmin ölkənin Avropaya qış üçün tranzit öhdəliklərinə əməl etməsinə problemlər yarada bilər. Rusiya rəsmiləri israr edirlər ki, Avropa Ukraynaya qaz ehtiyatları üçün ödəməkdə yardım etsin.

Bu gün internet səhifəsində açıqladığı bəyanatda Rusiya baş naziri Vladimir Putin deyir ki, Ukraynanın kifayət qədər qaz ehtiyatları toplaya bilməməsi Avropaya qazın ötürülməsində fasilələrə gətirib çıxara bilər. Cənab Putinin sözçüsü Dmitri Peskov müxbirlərə deyib ki, hazırkı situasiyanın Avropa üçün nəticələri olacaq.

Peskov deyir ki, əgər Ukrayna indidən yeraltı anbarlara qaz doldurmasa payızda və sonradan qışda bu ölkə nə daxili təlabatları nə də tranzit öhdəliklərini ödəyə bilməyəcək.

Baş nazir həmçinin bildirir ki, güman ki, gələn aydan başlayaraq Ukrayna hazırkı qaz alqılarının qiymətini ödəyə bilməyəcək. Bundan əlavə cənab Putin deyir ki, Rusiya Ukraynalı həmkarı Yuliya Timoşenkonun təklif etdiyi kimi əvvəlcədən Ukraynaya 5 milyard dollar həcmində tranzıt haqqını ödəməyəcək. Buna səbəb kimi o, Ukrayna prezidentinin bu planı qeyri-qanuni adlandırmasını göstərir. Həmçinin Avropa Birliyi ilə Ukrayna arasında imzalanmış boru kəməri modernizasiya razılığı Rusiyanın gələcək ötürmələr üçün tərəfdaşının kim olacağını deməyi çətinləşdirir.

Cənab Putin təklif edir ki, Rusiya Avropa razı olduğu təqdirdə Ukraynaya kreditini təşkil etməkdə yardım edə bilər. Onun müavini İqor Seçin deyir ki, Ukrayna Avropanın qaz təchizatında fasilə yaranmaması üçün 19.5 milyard kub metr qaz ehtiyatları saxlamalıdır. Seçin baş nazirin planını izah edərək deyir ki, bu təkliflər qəbul olunduğu təqdirdə Avropa Ukraynaya kredit verilməsində maraqlı ola bilər və Rusiya da bu plana qoşular.

Lakin Brüsseldə Avropa Birliyinin ali komissarı Hose Manuel Barroso deyir ki, Avropa Birliyinin büdcə problemləri Ukryanaya yardımı çətinləşdirir.

Bu arada Ukrayna prezidenti Viktor Yuşşenko Nezavisimaya Qazeta-ya müsahibəsində bildirib ki, onun ölkəsinin Rusiya ilə qaz münaqişəsi bərbad siyasətin nəticəsidir. O, deyir ki, yanvar aynda onun siyasi rəqbi Yuliya Timoşenko Moskva ilə sövdələşərkən qaz qiymətini artırdığı halda, tranzit qiymətini artırmayıb. Rusiya sözçüsü Peskov Avropanı əmin edir ki, onun ölkəsi etibarlı qaz təchizatçısı olaraq qalır. Lakin qitə ötən qış Rusiyaya etimadını itridi və hazırda alternativ qaz mənbələri axtarışındadır.

XS
SM
MD
LG