Accessibility links

Avstraliya uyğur məhbusları qəbul edə bilər


Avstraliya hökuməti ABŞ-ın Quantanamo Körfəzindəki məhbəsindən bir neçə məhbusu ölkədə yerləşdirməyi nəzərdən keçirir. Xarici İşlər Naziri Stefen Smit təsdiq edib ki, Obama administrasiyası Avstraliyadan bəzi məhbusları qəbul etməyi xahiş edib, onun hökuməti ayrı-ayrılıqda məhbusların işlərinə baxacaq. Avstraliya əvvəllər sabiq prezident Corc Buşun iki bu növ xahişini rədd etmişdi. Sidney Morning Herald qəzetinin yazdığına görə söhbət Quantanamoda saxlanılan 17 uyğur məhbusdan gedir. Çinli müsəlmanlar 2003-cü ildə azadlığa buraxıla bilərdilər, lakin Çinə döndükləri halda işgəncələrə məruz qalacaqları üçün ABŞ onları vətənə qaytarmaqdan imtina edir.
XS
SM
MD
LG