Accessibility links

Cənubi Osetiyada ilk parlament seçkiləri keçirilib


Cənubi Osetiyanın sakinləri bu gün ilk dəfə qanunverici orqanın təşkili üçün seçkilərdə iştirak edirlər. Bugünkü parlament seçkilərində iştirak etmək üçün 50 mindən çox sakin qeydiyyatdan keçib. Cənubi Osetiya lideri Eduard Kokoytı Sxinvalidə jurnalistlərə deyib ki, seçkiyə qatılanların sayı çox olub. Separatçı regionun yeni parlamentində 34 yer uğrunda 4 partiya mübarizə aparır. Cənubi Osetiya xarici işlər naziri Murat Cioyev NATO-nun Gürcüstanda davam edən hərbi təlimlərinin səsvermənin qarşısını almaq üçün bu vaxta salındığına inandığını bildirib. NATO keçən il Cənubi Osetiya ətrafında Rusiya ilə Gürcüstan arasında müharibədən sonra Moskva ilə əlaqələrini müvəqqəti olaraq dondurmuşdu. Kokoytının rqibləri iddia edir ki, o, bugünkü seçkilərdən istifadə edərək öz gücünü möhkəmləndirəcək.

XS
SM
MD
LG