Accessibility links

İranda təyyarədə bomba zərərsizləşdirilib


İran təhlükəsizlik rəsmiləri Əhvaz şəhərində paytaxt Tehrana uçan təyyarədə tapılmış kustar üsulla hazırlanmış bombanı zərərsizləşdiriblər. Hüquq mühafizə orqanının əməkdaşları bildirib ki, bu gün Kiş Hava yollarına məxsus təyyarə Əhvaza geri qaytarılıraq orada təsirsiz vəziyyətə gətirilib. İran mətbuatına əsasən bomba 131 sərnişini daşıyan təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra aşkar edilib. Bu həftənin cümə axşamı günü Zahidan şəhərinin şiə məscidində baş vermiş partlayış 25 zəvvarın həyatına son qoymuş, 120 nəfərin isə yaralanması ilə nəticələnmişdi. Partlayışı törətməkdə günahkar bilinən 3 nəfər dünən insanların gözü qarşısında edam edilib. Hadisə İranda keçiriləcək president seçkilərindən 2 həftə əvvəl baş verir.

XS
SM
MD
LG