Accessibility links

ABŞ və Kuba miqrasiyaya dair danışıqları bərpa edir


ABŞ rəsmiləri Birləşmiş Ştatlar və Kuba arasında qanuni miqrasiya və insan alverinə dair danışıqları bərpa etmək haqda razılıq əldə edib.

Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi bildirib ki, Kuba sonuncu dəfə 2003-cü ildə aparılmış miqrasiya haqda danışıqlara dair ABŞ-ın təklifinə razı olub. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyibki, iki ölkənin hökuməti narkotik maddələr alverinə qarşı birgə səylərə dair danışıqların planlaşdırılmasını istəyir.

Birləşmiş Ştatlar və Kuba insan alveri və narkotik maddələr qaçalmalçılığıan dair ara-sıra informasiya mübadiləsi aparır. ABŞ rəsmisi deyib ki, planlaşdırılan danışıqlar bu əlaqələri artırmaq və hökumətlər arasında ələqələri möhkəmləndirmək məqsədi daşıyır. O habelə bildirib ki, ABŞ və Kuba iki ölkə arasında poçt xidmətnin də bərpasını planlaşdırır.

Kuba və ABŞ arasında poçt xidməri hazırda üçüncü ölkə vasitəsilə həyata keçirilir.

XS
SM
MD
LG