Pakistanın Müdafiə Naziri Seyd Atar Əli bildirib ki, hökumət qüvvələri ölkənin şimal-qərbində yerləşən Svat vadisi və qonşu ərazilərdə Taliban döyüşçulərinə qarşı əməliyyatları 2- 3 gün ərzində başa çatdıracaq.
Müdafiə nazirliklərinin rəsmilərinin Sinqapurda keçirilən illik yığıincaqda danışan nazirin bildirdiyinə görə,Svat, Buner və qonşu əraziləridə əməliyyatların yalnız 10 faizi başa çatmamış qalır. Lakin Əli koalisiya qüvvələrinin qonşu Əfqanıstanda sabitlik yarada bilməməsindən narahatlığını ifadə edib.
Bu arada, Pakistan kəşfiyyat xidmətinin rəsmiləri bu gün Əfqanıstan sərhəddində 40 Taliban yaraqlısının öldürüldüyünü bildiriblər. Rəsmilərin veridyi məlumata görə, Cənubi Vəziristanda döyüşlər zamanı hökumət qüvvələrinin iki əsgəri həlak olub.