Accessibility links

Moskvada icazəsiz nümayiş zamanı müxalif siyasətçi Eduard Limonov həbs edilib


Şahidlərin bildirdiyinə görə, polis Moskvada icazəsiz etiraz nümayişi zamanı müxalif siyasətçi Eduard Limonov və onun təxminən 20-yə yaxın tərəfdarını həbs edib.Polis Limonovu Moksvanın Tiumfalnaya meydanında baş nazir Vladimir Putinin istefası tələbilə keçirdiyi nümayiş zamanı saxlayıb.

Limonov Rusiyada fəaliyyəti qadağan edilmiş Milli Bolşevik partiyasına rəhbərlik edir. O həm də müxalif “Solidarnost” koalisiyasının həmtəsisçisidir.

Qərb jurnalistlərinin verdiyi məlumata görə, icazəsiz mitinqin qarşısını almaq üçün Moksvanın mərkəzində çox sayda polis yerləşdirilib.

Rusiya müxalifətinin keçirdiyi etiraz nümayişlərinin daimi iştirakçısı olan Limonov dəfələrlə həsb edilmişdir.


XS
SM
MD
LG