Cənubi
Koreya xəbər agentlikləri bildirir ki, Şimali Koreya uzaq mənzilli raketi
sınaqdan keçirməyə hazırlaşır. Şimal
Alaska ştatına çata biləcək özünün ən inkişaf etmiş uzaq mənzilli raket
qurğusunu artıq qərb sahilinə köçürüb və bu ay onu sınaqdan keçirməyə
hazırlaşır. İyulun sonuna qədər Pxenyan gəmilər
üçün qərb sahilinə çıxışı bağlayıb. Bu
arada ABŞ nümayəndə heyəti Tokyoda Şimali Koreyanın son nüvə sınağına cavab
tədbirlərini müzakirə edir. Qrupa ABŞ Dövlət Katibinin müavini Ceyms
Staynberq rəhbərlik edir. O, müxbirlərə
bildirib ki, danışıqların intensiv və məhsuldar olacağını güman edir.