Accessibility links

Iraqda mülki vətəndaşlar arasında ölənlərin sayının azaldığı deyilir


Polisin bildirdiyinə görə, bu gün səhər Bağdadın Dora məhəlləsindəki tərəvəz bazarında baş verən bomba partlayışı 4 nəfərin ölümünə, 13 nəfərinsə yaralanmasına səbəb olub. Həmin məhəllədə may ayının 21-də həyata keçirilən bomba hücumu 3 ABŞ əsgərinin və onlarla mülki vətəndaşın ölümü, çox sayda insanın yaralanması ilə nəticələnmişdi. İraqın nazirlər kabinetinin bildirdiyinə görə, aprel ayında 355 nəfər mülki vətəndaş qətlə yetilmiş, may ayında isə mülki vətəndaşlar arasında ölənlərin sayı 134 nəfər olmuşdur.

XS
SM
MD
LG