Cənubi Osetiya rəsmiləri deyirlər ki, ölkədə keçirilən parlament seçkilərində hakim «Birlik» partiyası və Eduard Kokoytının liderliyini dəstəkləyən digər iki partiya irəlidədirlər.
Gürcüstanın bu separatçı regionunda ötən ilki müharibədən sonra ilk dəfə keçirilən parlament seçkisinin ilkin nəticələri səslərin yarıya qədərinin Birlik partiyasına məxsus olduğunu ortaya çıxarıb.
Onlar parlamentdə Kommunist partiyası və səslərin 20 faizini qazanan Xalq partiyası ilə birlikdə 34 yerə sahib olacaqlar.
Müxalifətçi Vətən Sosialist Partiyası isə seçkini 7 fazidən az səslə uduzub.
Muxalifət liderləri bazar günkü seçkiləri boykota çağırmışdılar.
Rusiya ötən ilki müharibədən sonra Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıdı.