Cənubi
Koreyanın kəşfiyyat rəsmiləri bildirir ki, Şimali Koreya lideri özünün kiçik
oğlunu ölkənin növbəti lideri etməyə hazırlaşır. Rəsmilər Cənubi Koreya qanunvericilərinə
bildiriblər ki, Şimali Koreya rəhbərliyi ölkənin aparıcı qurumlarına və diplomatik
missiyalara Kim Conq Una sədaqət andı içmək haqda göstəriş verib. Cənubi Koreya mediası bu ilin əvvəlindən Kim
Conq Unu atasına varis seçildiyini güman edirdi. Apreldə cənab Kimin oğlunun Milli Müdafiə Komitəsində
aşağı ranqlı vəzifəyə təyin olunduğu xəbər verilmişdi. Yaşı 20-lərdə olan Kim Conq Un haqda çox
məlumat yoxdur. İsveçrədə təhsil almış
Kim Conq Unun keçmiş sinif yoldaşları onun basketbola həvəs göstərdiyini
deyir.