Accessibility links

Əfşar Süleymani: Musəvi  müxtəlif xalqların hüquqlarının bərpasını istəyir (Audio)


İranda prezidentliyə namizedlərdən Mir Hüseyn Musevinin seçki kampaniyasının nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani redaksiyamıza verdiyi müsahibədə Musəvinin seçki şuarını bu sözlərlə xülasə edir:’İnkişaf etmiş İran, qanunla, ədalətlə və azadlıqla.’
Cənab Süleymani deyir ki, Mir Hüseyn Musəvi, digər sahələrdə olduğu kimi xarici siyasətdə də İranın əsas qanunu, digər qanun və qaydalarını nəzərə alaraq onları düzgün icra etməyi əsas götürür, dünya ölkələri ilə İranın milli mənafelərini nəzərə alaraq qarşılıqlı hörmət və etimad əsasında əlaqələri dərinləşdirib möhkəmləndirmək istəyir və başqa xalqlara hörmətlə yanaşır.
Əfşar Süleymani İranda etnik xalqların mədəni hüquqlarının bərpası məsələsində Mir Hüseyn Musəvinin mövgei barədə sualımıza cavabında deyib ki, Cənab Musəvinin prezidentliyə namized olmasının səbəbi İranın əsas qanunu və başqa qanunlarına riayət olunmamasıdır. O Musəvinin dini azlıqların və müxtəlif millətlərin hüquqlarının qanun əsasında bərpasını himayə etdiyini deyib: ‘Müxtəlif millətlər ki, İranda var onların hamısının, hüquqlarının, o cümlədən, mədəni hüquqlarının qanun əsasında qorunmasını, bərpa olunmasını bütün çıxışlarında təkidlə bildirir’
Əfşar Süleymani Amerikanın səsinin, əgər Mir Hüseyn Musəvi etnik xalqların hüquqlarını müdafiyə edirdiysə bəs nə üçün 8 illik prezidentliyi dövründə bu sahədə bir iş görməyib sualının cavabında bildirdi ki, o vaxtda müharibə dövrüydü və Cənab Musəvinin əsas işi ölkənin ərazisinin və əhalisinin qorunmasıydı. O deyir ki, o dövrdəki vəziyyəti indiki şəraitlə müqaisə etmək düzgün deyil, artıq 20 il vaxt keçib və şərait prioritetlər dəyişib, dünyada da dəyişikliklər olub. Cənab Süleymani deyir ki, Musəvi indi qanun əsasında İran xalqının arzularını yerinə yetirmək istəyir.
Əfşar Süleymani Mir Hüseyn Musəvinin İranın Amerika ilə əlaqələri barədə mövqeyi barədə sualın cavabında isə deyib ki, Cənab Musəvinin fikrinə görə ABŞ-la İranın əlaqələri qarşılıqlı hörmət və etimad üzərində danışıqlar yoluyla sahmana salına bilər, ancaq bunun üçün əvvəlcə Amerikanın bəzi addımlar atmasına ehtiyac var. Cənab Süleymani Mir Hüseyn Musəvinin İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu ancaq beynəlxalq atom enerjisi təşkilatıyla əməkdaşlığı, qarşılıqlı etimadın yaranmasını arzu etdiyini xatırlatdı.

XS
SM
MD
LG