Türkiyə rəsmilərinin dediyinə görə, polis ölkənin cənubunda üçü uşaq olmaqla, öz ailəsinin 8 üzvünü öldürməkdə şübhəli bilinən bir kişini saxlayıb.
Rəsmilər deyiblər ki, 28 yaşlı şübhəlinin üzərində ona məxsus olduğu güman edilən silah tapıldıqdan sonra o, Adanada sorğu-sual edilib.
Polis daha sonra şübhəlinin yaşadığı binanın 11-ci mərtəbəsindəki mənzilində onun valideyinləri, bacısı və digər 5 qohumu olmaqla, 8 nəfərin cəsədini yatıb.
Ölənlərin çoxu başından güllələnib.
Qətllərin motivi hələ məlum deyil.