Pakistan rəsmiləri dünən Taliban yaraqlıları tərəfindən ölkənin Şimali Vəziristan regionunda girov götürülən tələbələrin və digərlərinin ordu tərəfindən azad edildiyini xəbər verirlər. Ordu və hökumət rəsmilərinin birldidiyinə görə, girov götürülən 71 şagird və 9 müəllim heyəti yaraqlılarla atışmadan sonra azad edilmişlər. Atışma yaraqlıların girovları qonşu Cənubi Vəziristana keçirmək istəyərkən hərbçilər tərəfindən saxlanmağa cəhd göstərildiyi zaman başlanıb. Qarşıdurma zamanı xəsarət alanlar barədə məlumat verilmir.