Accessibility links

ABŞ-la Rusiya nüvə sulahlarına nəzarət üzrə razılıq yolları axtarırlar


Kremlin bildirdiyinə görə, Rusiya ilə ABŞ nümayəndələri prezident Barak Obamanın gələn ay Moskvaya nəzərdə tutulan səfəri zamanı nüvə sulahlarına nəzarət müqaviləsi üzrə razılaşmanın əldə olunması imkanlarını müzakirə edirlər.

Kremlin sözçüsü Natalya Timakova bu gün jurnalistlərə deyib ki, rəsmilər 1991-ci ildə imzalanmış və dekabr ayında vaxtı başa çatan Strateji Nüvə Silahları İxtisarı Müqaviləsinin yenilənməsinə dair layihə üzərində intensiv işləyirlər.

Rusiya prezidenti Dmitri Medvedev iyulun 6-da başlayacaq ikigünlük sammitdə Barak Obama ilə bir araya gələcək.

Artıq bu həftənin əvvəlində Rusiya və ABŞ nümayəndələri nəzərdə tutulan layihə və liderlərin görüşü ətrafında üzrə müzakirə aparmaq üçün ikinci dəfə bir araya gəliblər.

Ekspertlərin ilk görüşü isə Moskvada olmuşdu. Həmən görüşdən sonra Rusiya bildirmişdi ki, Avropada raketdən müdafiə sisteminə dair Vaşinqtonun planları da müzakirə olunmalıdır.

XS
SM
MD
LG