Accessibility links

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanındadır


ABŞ prezidenti Barak Obama dünya müsəlmanlarına müraciətini Səudiyyə Ərəbistanından başlayıb. Səudiyyə Ərəbistanının kralı Abdulla ilə görüşü zamanı prezident Obama İsrail-Fələstin münaqişəsi, İranın Yaxın Şərqdə rolu və artmaqda olan neft qiymətləri məsələlərini müzakirə ediləcək.

Sabah ABŞ dövlət başçısı Misirdə çoxdan gözlənilən nitqlə çıxış etməlidir. Barak Obama Yaxın Şərq sülh prosesi, dini ekstremizm və zorakılıqlar kimi məsələlərə toxunacaq. 5 günlük səfəri çərçivəsində prezident İkinci Dünya Müharibəsi zamanı müttəfiq qüvvələrin Normandiyaya enməsinin 65-ci ildönümü münasibəti ilə təşkil edilən mərasimdə iştirak edəcək.

Barak Obama Almaniyada kansler Angela Merkel, Fransada isə president Nikola Sakozi ilə görüşəcək.


XS
SM
MD
LG