Accessibility links

ABŞ Müsəlman Şurası Barak Obamaya məktub ünvanlayıb


ABŞ prezidenti Barak Obama Qahirədən dünya müsəlmanlarına müraciət etməyə hazırlaşdığı bir vaxt Amerikada yaşayan müsəlmanların ən iri qruplarından biri ABŞ-la müsəlman dünyası arasında münasibətləri yaxşılaşdırmaq yönümündə prezidentə məsləhətlər verib.

Vaşinqtonda qərargahlanan Amerika-İslam Münasibətləri Şurası quruun rəhbəri Nihad Avad tərəfindən yazılmış məktubu açıqlayıb.Cənab Avadın məktubunda prezident Obamanın inaqurasiyadan bəri verdiyi bəyanatların ABŞ-ın daxili və xarici siyasətində müsəlmanların ümidlərini qaldırdığ vurğulanır.

Avadın sözlərinə görə Amerika İsrailə işğal olunmuş ərazilərdə məskənlər salmağı dayandırmağı söyləməlidir.İsrail Qəzza zolağına tətbiq etdiyi blokadanı aradan qaldırmalı və müəyyən vaxt cədvəli çərçivəsində Fələstin dövlətinin yaradılmasına razı olmalıdır.İraq, Əfqanıstan və Pakistana gəldikdə isə ABŞ regiona müdaxiləsini azaltmalı və yerli icmalara öz problemlərini həll etməyə şərait yaratmalıdır.

Məktubda habelə deyilir ki, Amerika sdiyasi və dini azadlıqları, o cümlədən insan hüquqularını, demokratik təssisatların möhkəmləndirilməsinə və qanun aliliyinin qorunmasına kömək etməlidir. Amerika öz müttəfiqləri daxil olmalqla bütün ölkələri universal ədalət və bərabərlik standardlarına müvafiq tutmalıdır.

Daxildə isə Avad cənab Obamanı seçki ilə vəzifəyə gələn nümayəndələrə nümunə olaraq anti-müsəlman retorikasına və Amerika cəmiyyətindəki ayrıseçkiliyə qarşı mübarizə aparmağa səsləyib.Avadın sözlərinə görə ABŞ-ın viza siyasəti müsəlmanziyalıları və biznes liderlərinin ölkəyə sərbəst gediş gəlişinə imkan yaratmalıdır.

Eyni zamanda Nihad Avad müsəman dövlətlərini də ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün adekvat addımlar atmağa çağırır. Zənnimcə müsəman dünyası üçün insan hüquqlarına hörmət, demokratiya və qanunun aliliyi sahələrində ciddi və daxili islahatlara doğru irəliləmək mühümdür.İkincisi onlar ritorikanı azaltmalı və ictimai xidmətə diqqət yetirmılidirlər.Nəhayət dinlərarası dialoq çox vacibdir.Bunlar retorika ifadələrə yox, qarşılıqlı hörmətə əsasılanmalıdır deyə Amerika-İslam Münasibətləri Şurasının rəhbəri Nihad Avad bildirir.
XS
SM
MD
LG