Accessibility links

Sabah Tiananmen zorakılıqlarının 20-ci ildönümüdür


Sabah iyun ayının 4-ü Çin hökumətinin Tiananmen meydanında demokratiya tərəfdarı nümayışçilərə qarşı zorakı ölçülərinin 20-ci ildönümü Çində bütün internet forumları və ictimai mətbuatın saytlarını bağlayıb. Meydan təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi Tiananmen meydanı ətrafında qara polis maşınları yerləşdirilib. Jurnalistlərə meydana yaxınlaşmaq icazəsi verilmir.

1989-cu ilin iyun ayının 4-də tələbələr və fəhlələrə divan tutulan bu meydanda yüzlər, bəlkə də minlərlə insan zorakılqıların qurbanı olmuşdu. Çin heç vaxt hadisə ilə bağlı təhqiqat aparılmasına icazə verməyib. Ölənlərin sayı barədə danışmaq belə o ölkədə yasaqdır.

Mətbuatın müdafiəsi qrupu- Sərhədsiz Reportyorlar hadisədən 20 il sonra belə bu qəddar aksiyadan azad şəkildə söz açılmasına yol verilmədiyini bildirir və bunu Çində heç bir inkişaf olmamasına nümunə adlandırır. Freedom House da internet forumları və ictimai mətbuatın saytlarının bağlanmasını qınayıb.

XS
SM
MD
LG