Accessibility links

İranda prezidentliyə namizədlərin debatları keçirilir


İranın dövlət televiziyası bu həftə prezidentliyə namizədliyini irəli sürən 6 nəfərin təkbətək debatlarını nümayiş etdirir. İran prezidenti Mahmud Əhmədinejad və keçmiş baş nazir Min Hüseyn Musəvinin televiziya ilə canlı debatları bu gün axşam nümayiş etdirilir. Prezident Əhmədinejad İranda iyun ayının 12-də keçiriləcək prezident seçkilərində üç rəqiblə üzləşir.

Dünən televiziya ilə ilk debatda prezidentliyə namizədlər - islahatçı Mehdi Kərrubi və İnqilab Keşikçilərinin başçısı Möhsün Rezai üz-üzə gəldilər. Hər iki namizəd prezident seçildikləri təqdirdə İranda ən başlıca problem olan iqtisadi böhranı aradan qaldıracaqlarına söz verdilər.

XS
SM
MD
LG