Accessibility links

İranlı diplomatlar ABŞ səfirliklərinə dəvət olunacaq


Dövlət Departamenti bildirir ki, ABŞ səfirləri iyulun 4-də Amerikanın Müstəqillik Günü tədbirlərinə iranlı diplomatları dəvət etməyə icazə verilib. Bu cəhd ABŞ-ın 30 illik diplomatik təcrübəsinə dəyişiklik edir.
Rəsmilər bu jesti Obama administrasiyasının İranla dialoqu bərpa etmək üçün başqa bir cəhd kimi təsvir edirlər.

“New York Times” qəzetində nəşr olunan məlumatı təsdiq edən Dövlət Departamentinin sözçüsü Robert Vud deyib ki, Departament ABŞ-ın xaricdəki nümayəndəliklərinə iyulun 4-də səfirlikdə keçiriləcək bayram tədbirlərinə iranlı diplomatları dəvətə səlahiyyət verib. Vudun sözlərinə görə, yeni administrasiya İranla birbaşa əlaqə qurmaq istiqamətində addımlarını davam etdirir: “Bizim siyasətimiz İran hökuməti və xalqına əl uzatmaqdır. Prezident və dövlət katibi aydınca bildiriblər ki, bu bizim istəyimizdir. Əlbəttə ki, İrana əl uzatmaq üçün başqa imkanlar da yaranacaq. Biz yenə də İranın cavabını gözləyirik. Xüsusilə İranın Havier Solananın P-5 üstəgəl 1 toplantısına dəvətinə müsbət cavab verib verməyəcəyini nəzərdə tuturam.”
5 üstəgəl 1-ə daxil olan BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya İrana uranı zənginləşdirməyi dayandırmağı və nüvə proqramına dair danışıqlara qayıtmağı təklif edir.
Buş administrasiyası İran uranı zənginləşdirmə proqramını dayandırmayınca Tehranla nüvə danışıqlarında bir başa iştiraktan imtina edirdi. Yeni administrasiya isə deyib ki, danışıqlarda tam şəkildə iştirak edəcək.
İranlı diplomatlar 1979-cu ildən bəri Amerika səfirliyinə dəvət olunmayıb. O zaman nümayişçilər ABŞ səfirliyini ələ keçirmiş və 50-dən çox amerikalını bir ildən çox girov saxlamışdılar.

XS
SM
MD
LG