Accessibility links

Barak Obama:`İsrail, Fələstin və Ərəb dünyası arasındakı gərginliklərin mənbəyi mövcud durumdur`


Prezident Obama deyib ki, İsrail, Fələstin və Ərəb dünyası arasındakı gərginliklərin mənbəyi mövcud durumdur. Cənab Obama Amerikanın İsraillə möhkəm və qırılmaz əlaqələrə malik olduğunu deyib. O, yəhudi xalqının əsrlər boyu təzyiq və təqiblərə məruz qaldığını və İsrailin məhvinə dair hədələrin tamamilə səhv olduğunu deyib. ABŞ dövlət başçısı Obama deyib ki, torpaqları işğal edilərək yurdlarından didərgin düşən Fələstin xalqının əzablarını danmaq olmaz. ABŞ prezidenti İsraillə Fələstinin iki dövlət kimi dinc, yanaşı, sülh şəraitində yaşamasının tək İsrail və Fələstin deyil, Birləşmiş Ştatlar və bütün dünyanın maraqlarına xidmət etdiyini bildirib. Cənab Obama fələstinlilərin zorakılıqlara son qoymalı olduğunu, israillilərin isə Fələstinin mövcudluq hüququnu tanımalı olduğunu deyib.

XS
SM
MD
LG