Iyun ayının 4-ü Çin hökumətininTiananmen meydanında demokratiya tərəfdarı nümayışçilərə qarşı zorakı ölçülərinin 20-ci ildönümündə ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Çin iqtisadi islahatlara verdiyi birinciliyi insan hüquqları sahəsinə də tətbiq etməlidir. ABŞ hökuməti Pekini 1989-cu il zorakılıqlarının açıq şəkildə araşdırılmasına çağırıb.
Tibetin ruhani lideri Dalay Lama 4 iyun hadisələrində həyatını itirənlərə ehtiramını bildirib. Dalay Lamanın bəyanatında deyilir ki. həmin insanlar korrupsiya əleyhinə səslərini ucaldıb, Çin xalqının konstitusion hüquqları uğrunda mübarizəyə qalxıb. Hong Konqdo Tiananmen qurbanlarının xatirəsi on minlərlə insan tərəfindən yad edilib.
Çində bütün internet forumları
və ictimai mətbuatın saytlarını bağlanıb. Meydan təhlükəsizlik qüvvələri
tərəfindən mühasirəyə alınıb. Jurnalistlərə meydana yaxınlaşmaq icazəsi
verilməyib.1989-cu ilin iyun ayının
4-də tələbələr və fəhlələrə divan tutulan bu meydanda yüzlərlə insan zorakılqıların
qurbanı olmuşdu.