Accessibility links

Rusiya hərbçisi nüvə potensialını ixtisar etməyəcəklərini deyir


Rusiya baş qərargah rəisinin dediyinə görə, ABŞ Avropada raketdən müdafiə sistemi quraşdırmaq məqsədlərindən çəkilməyincə, ölkəsi nüvə potensialını ixtisar etməyəcək.

Rusiya xəbər agentliklərinə açıqlamasında general Nikolay Makarov deyib ki, Rusiyanın nüvə qabiliyyətinin qoruyub saxlamaq əsas prioritet olaraq qalır.

Baş qərargah rəisi bəyanatında ABŞ-ın Polşa və Çex Respublikasında quraşdırmağı planlaşdırdığı, Rusiyanın isə əleyhinə çıxdığı raketdən müdafiə sistemini nəzərdə tutub.

Amerika rəsmiləri bu sistemin Rusiyaya yönəlmədiyini, İrandan gələn təhlükələri dəf etmək məqsədi güddüyünü bildirirlər.

Gələn ay Rusiya ilə ABŞ prezidentləri Moskvada görüşərək, nüvə silahlalarına nəzarət üzrə razılaşmanın qəbulunu müzakirə edəcəklər.

XS
SM
MD
LG