Accessibility links

ABŞ-da hərbi təhsil proqramları


Birləşmiş Ştatlarda hərbi təhsil təklif edən həm dövlət, həm də özəl ali məktəblər var. Ancaq beynəlxalq tələbələr həmçinin ölkənin 5 hərbi akademiyasında da təhsil ala bilər.

Onlardan 3-ü Müdafiə Nazirliyinin nəzdindədir. Nyu-Yorkdakı Vest Point məntəqəsindəki ABŞ Hərbi Akademiyası ordu üçün zabitlər hazırlayır. Hərbi Aviasiya Akademiyası Kolorado ştatının Kolorado Spring şəhərində yerləşir. Merilend ştatının paytaxtı Annapolis şəhərində olan Hərbi Dəniz Akademiyası Hərbi dəniz qüvvələri üçün xidmətçilər yetişdirir.

Bu akademiyalara namizədlər 17-23 yaş arasında, ailəsiz, və uşaqsız olmalıdır. Onların namizədliyi adətən Konqres üzvü tərəfindən irəli sürülür. Beynəlxalq namizədlər isə onların təhsil haqqını ödəyən hökumətləri tərəfindən irəli sürülür.

Tələbə bakalavr dərəcəsi alandan sonra hər bir hökumət hərbi xidmət üçün öz tələblərini qoyur. Amerikada isə qayda beledir ki, bu hərbi məktəbin məzunları ən azı 5 il fəal xidmətdə olmalıdırlar. Müdafiə Nazirliyi hər il 100-dən artıq ölkəni seçir ve onları akademiyalar üçün namizədlər irəli sürməyə dəvət edir.Hər akademiyada 60 xarici tələbə oxuya bilər.

Misal üçün Hərbi Dəniz Akademiyasında növbəti dərslərə 4-ü qadın olmaqla 18 xarici tələbə qatılacaq. Bu isə akademiyada xarici tələbələrin sayını 53-ə qaldıracaq.

Beynəlxalq proqramlar direktoru Tim Dişerin sözlərinə görə, maraqlananlar hərbi dəniz akademiyasında istədikləri depratamentə daxil olan agentliyə müraciət edə bilər. Bundan əlavə, hər bir akademiyanın tələbləri barədə veb səhifəsində ətraflı məlumat yerləşdirilir.

Beynəlxalq tələbələr Konnektikut ştatının Nyu London şəhərindəki Sahil Mühafizə Akademiyasında və ya Nyu-Yorkda Kinqs Pointdə yerləşən Ticari Dəniz Akademiyasında oxuya bilər. Hazırda Sahil mühafizə akademiyasında 35, Ticari dəniz Akademiyasında isə 30 əcnəbi tələbə təhsil alır.

Bu akademiyalara giriş üçün özəl tələblər var. Sahil mühafizə akademiyası bildirir ki, maraqlananlar öz ölkələrindəki Amerika səfirliyində hərbi attaşeyə müraciət etməlidir.
XS
SM
MD
LG