Accessibility links

Pakistanda sülhpərvər ruhaninin iki yardlmçısı öldürüldü


Yüksək rütbəli Pakistan hərbçisinin dediyinə görə, ölkənin şimal qərbində militantların kovnoya hücumu zamanı Svat Vadisində hökumətlə yaraqlılar arasında sülh anlaşmasına yardım etmiş ruhaninin 2 köməkçisi öldürülüb.

Ordu rəsmisi general mayor Athar Abbasın dediyinə görə, konvoy bu səhər Malakənddən dustaqları Pivşəvəri şəhərinə daşıyarkən yolda bombaya düşüb.

Daha sonra militantlar təhlükəsizlik qüvvələrinə atəş açaraq, bir əsgəri öldürüblər, digər 5 nəfər isə yaralanıb.

Pakistan rəsmilərinin dediyinə görə, insident zamanı dustaqlardan ikisi – Məhəmməd Alam və Ameer İzzət həyatlarını itiriblər.

Alam sabiq militant qruplardan olan Təhrik-e-Nifaz-i-Şəriət-e-Muhammadin sədr müavini idi, İzzət isə həmən qrupun sözçüsü olub.

Hər iki keçmiş militant iki gün əvvəl həbs edilmişdi. Qrupun lideri Mövlanə Sufi Muhamməd Svat Vadisində hökumətlə yaraqlılar arasında sülh anlaşmasının əldə edilmədinə vasitəçi olub.

XS
SM
MD
LG