Accessibility links

Viktor Yanukoviç seçki mexanizminin dəyişməsini istəmir


Ölkənin baş naziri ilə yeni koalsiya qurması haqda şayiələrə son qoyan Ukrayna müxalifətinin lideri Viktor Yanukoviç deyir ki, birbaşa prezident seçkiləri saxlanmalıdır. Müxalifət partiyalarının liderləri ötən həftə baş nazir Yuliya Timoşenkonun partiyası ilə prezidentin parlament tərəfindən seçilməsi ilə bağlı konstitutsiyada dəyişikliklər edilməsi üzərində danışıqlara başlamışdılar. Analistlər deyir ki, bu növ parlament seçkiləri cənab Yanukoviçi gələn il prezident edər və Timoşenkonun siyasi rəqibi və hazırkı prezident Viktor Yuşçenkonu siyasi səhnədən uzaqlaşdırardı.
XS
SM
MD
LG