Accessibility links

İranda seçkilərdə seçici  fəallığının yüksək olacağı gözlənilir


Iranın seçki komissiyasının sədri Kamran Daneşcu cümə günü prezident seçkilərinin yüksək seçici fəallığı şəraitində keçəcəyini gözlədiyini bidirib. Onun sözlərinə görə, ölkənin səs vermək hüququ olan 46 milyon əhalisi səhər saat 8-dən başlayaraq 10 saat ərzində seçimini etmək imkanına malik olacaq.

O bildirib ki, yerlərdə rəsmilər lazım gəlsə səsvermə məntəqələrinin açıq qalması üçün İranın Daxili işlər nazirliyinə müraciət edə bilərlər. Prezidentliyə dörd namizəddən heç biri səslərin 50 fazini ala bilməsə, daha çox səs alan iki namizəd iyunun 19-da ikinci tur seçkilərdə rəqabət aparacaq.

Keçən ay 1001 iranlı arasında telefonla keçirilmiş sorğu zamanı respondentlərin 34 faizi hazırkı mühafizəkar prezident Mahmud Əhmədinejada səs verəcəyini bildirmişid. Onun əsas rəqibi, keçmiş baş nazir Mir Hüseyn Musəviyə 14 faiz dstək qazanmışdı. Respondentlərin 27 faizi kimə səs verəcəklərini müəyyənləşdirməmişdi.

Vaşinqtonda yerləşən ictimai siyasət institutu sorğunu özəl şirkət vasitəsilə keçirmişdi. Sorğu zamanı seçicilərin 89 faizi seçki günü səsverməyə gedəcəyini bildirib.


XS
SM
MD
LG