Accessibility links

Şimali Koreya iki Amerika jurnalistinin icbari əmək düşərgəsinə göndərilməsi haqda hökm çıxarıb


Şimali Koreyanın xəbər agentliyi məhkəmənin iki Amerika jurnalistinin 12 il müddətinə islah-əmək düşərgəsində işləməyə göndərilməsi haqda hökm çıxardığını bildirir. Şimali Koreyanın mərkəzi xəbər agentliyinin verdiyi məlumata görə, məhkəmə iki qadın jurnalistin "olduqca ağır" cinayət törətmək və qeyri-qanuni olaraq Şimali Koreya sərhəddini keçməkdə günahkar bilib.

Keçən həftə Şimali Koreyanın dövlət mətbuat Euna Li və Laura Lİnqin məhkəməsinin başladığı haqda məlumat vermişdir.

Hər iki jurnaalist ABŞ-ın Current TV şirkətində müxbir kimi çalışır. Şimali Koreya rəsmiləri jurnalistləri Çinlə sərhəddə material hazırladıqları zaman mart ayında saxlayıblar.

Ağ Evin bəyanatında prezident Barak Obamanın onlar haqda hökm çıxarıldığına görə dərin narahatlıq hissi keçirdiyi və jurnalistlərin azad edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etdiyi deyilir.

XS
SM
MD
LG