Accessibility links

Şimali Koreya atom bombası ilə hədələyir


Şimali Koreya bəyan edib ki, o, ölkəyə hücum etmək istəyənlərə qarşı atom bombasından istifadə edəcək. Dövlət orqanı olan Mincu Coson qəzetinin baş məqaləsində deyilir ki, ölkənin nüvə arsenalı düşmənlərə qarşı xəbərdaredici funksiya daşıyır. Bazar ertəsi yüksək rütbəli Amerika kəşfiyyat rəsmisi Şimali Koreyanın sön nüvə sınaqları və siyasi situasiyasının təhlükəli qarışıq olduğunu bildirmişdi. Milli Kəşfiyyat Agenlitiynin direktoru Dennis Bleyer deyir ki, hazırda rəsmi Pxenyan bu ölkədə hakimiyyətin ötürülməsi ərəfəsində təxribatçı əməllərə əl atır.

Bu arada Şimali Koreyada 12 il əmək düşərgəsinə məhkum olunmuş iki amerikalı jurnalistinin ailələri onların buraxılması üçün xahiş ünvanlayıb. Yuna Li və Lora Linqin ailə üzvləri həbs edilmiş jurnalistlərin səhhətindən narahatlıqlarını izhar ediblər.

XS
SM
MD
LG