Deylənlərə
görə Rusiyada Şimali Koreyanın ballistik raket sınağı həyata keçirəcəyi haqda
məlumat var,lakin sınağın nə vaxt baş verəcəyi bilinmir. Rusiya hərbi mənbələri İnterfaks Xəbər
Agentliyinə bildiriblər ki, onlarda raketin növü və xarakteristikası haqda
informasiya var, lakin onun uzaq və ya yaxın mənzilli olduğu məlum deyil. Mənbə əlavə edib ki, Rusiya sınaqla bağlı
monitorinqi davam etdirəcək. Şimali Koreyanın
son həftələrdə keçirdiyi raket sınaqları beynəlxalq qınaqlara tuş gəlib. Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının
üzvləri Yaponiya və Cənubi Koreya nümayəndələri ilə görüşərək Pxenyanın son
nüvə sınağına müvafiq cavabı müzakirə ediblər.