Accessibility links

Yuliya Timoşenko Ukraynanın növbəti prezidenti ola bilərmi?


Ukraynanın baş naziri Yuliya Timoşenko ölkə prezidentliyinə namizədliyini elan edib. Xanım Timoşenko bu qərarını əvvəlki seçkiləri uduzmuş Viktor Yanukoviçlə koalisiya yaratmaq barədə danışıqlarının uğursuzluğa uğramasından sonra açıqlayıb.

Bazar günü xalqa müraciətində Timoşenko deyib ki, ölkəsi təkcə qlobal iqtisadi böhranla qarşı-qarşıya deyil, həm də daxildən konstitusional böhran yaşayır.

O deyib ki, Ukraynanın ali qanunu ölkəni xaos və anarxiyadan çıxarmaq üçün tədbirlər görməyə imkan verir.

Baş nazir əlavə edib ki, siyasətdə gender amili heç bir rol oynamamalıdır, ancaq əgər Ukraynanın kişi siyasətçilərinin cəsarəti, ləyaqət və vicdanı çatmırsa və məsuliyyətsizdirlərsə, onda o, buna son qoya bilər.

Xanim Timoşenko deyib ki, ukraynalıların əvvəlki kimi küçə və meydanlara çıxasmasına ehtiyac yoxdur, o, qələbə üçün növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək.

Xanım Timoşenko etiraz aksiyalarından bəhs edərkən, 2004-cü ilin Narıncı İnqilabını xatırladıb. O dövrdə minlərlə cəsur insan prezident seçkilərinin saxtalaşmasının qarşısın almaq tələbi ilə soyuq havada günlərlə etiraz aksiyaları keçirirdi.

Həmin vaxtlar xanım Timoşenko Viktor Yuşşenko ilə yaxın müttəfiq idilər. Yuşşenko ölkədə təkrar seçkilərin keçirilməsinə nail ola bildi, lakin onun Yimoşenko ilə müttəfiqliyi uzun sürmədi.

Ukraynada növbəti prezident seçkiləri ən geci 2010-cu ilin yanvarında keçirilməlidir.

Rəy sorğuları ictimaiyyətin cənab Yuşşenkoya dəstəyinin 3 faizə qədər düşdüyünü göstərir. Xanım Timoşenkonun reytinqi isə 15 faiz civarındadır.

İronik olsa da, ən çox dəstək 2004-cü ildə seçkisini saxtalaşdırmaqda ittiham olunan Voktor Yanukoviçə məxsusdur. Regionlar partoyasının lideri kimi, o, əsasən Ukraynanın şərqindəki rusdilli təbəqə tərəfindən güclü dəstəyə malikdir.

Xanim Timoşenkonun son vaxtlar Yuşşenko ilə koalisiya yaratmaq barədə danışıqları uğursuzluğa düçar oldu. Tərəflər prezident və baş nazir postlarının bölüşdürülməsini nəzərdə tutuan koalisiya hökuməti uğrunda anlaşmanı razılaşdıra bilmədilər.

Yanukoviç habelə parlamentə prezidenti seçmək səlahiyyətinin verilməsinə dair konstitusiya dəyişikliklərilə bağlı Timoşenkonun təklifindən imtina edib.

Bazar günü televiziya ilə çıxışında o deyib ki, liderlər insanlara öz taleyini müəyyənləşdirmək imkanı verməlidirlər.

Yanikoviç deyir ki, prezident birbaşa seçki yolu ilə seçilməlidir, ələlxüsus da indi, Ukraynanın növbəti prezidentini çətin vəzifələrin gözlədiyi bir vaxtda.

XS
SM
MD
LG