Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı qrip epidemiyası elan edib


Ümumdünya Səhiyyə Təşkilatı H1N1 donuz qripinin yayıdlığı vaxt son 40 ildə ilk dəfə olaraq qrip epidemiyasının başladığını elan edib.

Təşkilatın baş katibi Marqaret Çan BMT-nin agentliyinin bu gün Cenevrədə qrip mütəxəssisləri ilə iclasdan sonra xəbərdarlıq səviyyəsinin 5-i fazadan, 6-cı maksimum fazaya qaldırdığını elan edib.

Rəsmilər bildirib ki, epidemiya o demək deyil ki, xəstəlik daha ciddi forma alıb, bu, daha çox infeksiya halının qeydə alınması və xəstəliyin daha geniş coğrafi ərazidə yayılması ilə əlaqədardır.

Çan deyib ki, virus çox güman ki, epidemiyanın başlanğıc mərhələsində zəif olaraq qalacaq, lakin dəyişə bilər. Çan 74 ölkədə 30 mindən artıq donuz qripi halının qeydə alındığını bildirib.

XS
SM
MD
LG