Accessibility links

Əl-Qaidənin Əfqanıstanda lideri Türkiyə müsəlmanlarından pul və təchizat istəyib


Əl-Qaidənin Əfqanıstanda lideri Türkiyə müsəlmanlarını onun qüvvələrinə maliyyə vəsaiti və təchizat göndərməyə çağırıb.

Mustada Əbu əl-Yəzid audio mesajında onun başçılıq etdiyi qrupun ciddi təchizat çatışmazlığı keçirdiyini bildirir. Onun dediyinə görə, döyüşçülərin silah, ərzaq və təchizat almaq üçün kifayət qədər pulu olmadığı üçün onlar hücumlar həyata keçirə bilmir.

Hələlik kasetin həqiqiliyi və onun yazılma tarixi dəqiq deyil, lakin yazı militantların veb səhifəsində yerləşdirilib.

XS
SM
MD
LG