Şimali Koreyanın birgə sənaye kompleksində çalışan Cənubi Koreya şirkətlərindən yüz milyonlarla dollar tələb etməsi iki rəqib arasında pisləşməkdə olan münasibətlərin mərkəzində yer alır.
Pxenyan tələblərini bu gün sərhəddə yerləşən Kaesonq kompleksində aparılan ikitərəfli danışıqlar zamanı səsləndirib.
Cənubi Koreyanın Yunifikasiya Nazirliyinin sözçüsü Çun Hae Sunq deyib ki, Şimalın rəsmiləri zavodda çalışacaq 40 min Şimali Koreyalıya ayda 75 dollarla 300 dollar arasında məvacib verilməsini tələb edirlər.
Şimali Koreya habelə içarə haqqı üçün 500 milyon dollar tələb edir. Cənubi Koreyanın Kaesong kompleksində 100-dən artıq şirkəti fəaliyyətdədir.