Birləşmiş Ştatlar illərdir Guantanamo məhbəsində saxlanılan 17 uyğurdan 4-nü Bermud adalarına köçürüb. ABŞ-ın Ədliyyə Nazirliyi bu gün bildirib ki, ölkənin həm keçmiş, həm də hazırkı hökuməti uyğurların günahkar olmadıqlarını təsdiq edib və məhkəmə onların azad edilməsi barədə qərar verib.
Guantanamo məhbəsindəki uyğurlardan beşi 2006-cı ildə Albaniyaya köçürülmüşdü. Çin həmin uyğurların terrorçu olduğunu deyərək,onların geri qaytarılmasını tələb edir. Bu gün müxbirlərlə görüşən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Gin Qanq deyib ki, Vaşinqton terrorçuluqda şübhəli bilinənləri üçüncü ölkələrə yox, tezliklə Çinə qaytarmalıdır.