Accessibility links

Sabah İranda prezident seçkiləridir


İranda sabah keçiriləcək prezident seçkilərindən əvvəl siyasi kampaniyalara son qoyulub. İctimai yürüşlərvə çıxışlar bu gün qadağan edilib. İran prezidenti Mahmud Əhmədinejad çərşənbə günü kampaniyasının yekun çıxışı zamanı rəqiblərini kəskin şəkildə təndiq edərək, seçkilərdə yenidən qələbə əldə edəcəyindən əminliyini ifadə edib. Prezident deyib ki, İranda onun rəhbərliyi altında iqtisadi artım davam edir. Mahmud Əhmədinejad inflyasiyanın yüksəldiyini də etiraf edib.

İran televiziyası dünən digər namizədlərə televiziyada çıxış etmək imkanı verməyib. Prezidentin islahatçı rəqibi Mir Hüseyn Musəvi dövlət başçısının iqtisadiyyat proqnozlarının yalan olduğu deyib. İranın İnqilab Keşikçiləri rəsmisi Yadulla Cavani Musəvinin Tehranda yürüş təşkil edən minlərlə tərəfdarını “məxməri inqilab” cəhdində günahlandırıb.


XS
SM
MD
LG