Accessibility links

Barak Obama Qırğız hökumətinə mesaj göndərib


Qırğız rəsmilərinin dediyinə görə, ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarla Qırğızıstan arasında əlaqələri gücləndirmək çağırışı ilə, Qırğız hökumətinə mesaj göndərib.

Prezident Qurmanbek Bakiyevin ofisinin bu gün yaydığı açıqlamada deyilir ki, cənab Obama Qırğızıstana ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstəyinin davamına görə təşəkkürünü bildirib.

Qırğız rəhbərliyinə göndərdiyi məktubda ABŞ prezidenti habelə yaxın günlərdə bu keçmiş Sovet ölkəsinə Vaşinqtondan yüksək səviyyəli nümayəndə heyətinin səfər edəcəyini deyib.

Hələlik Qırğızıstandakı ABŞ səfirliyi bu məlumata heç bir şərh verməyib.

Ancaq Bakiyevin ofisinin açıqlamasında Amerika qüvvələrinin avqustun 18-də boşaltmalı olduğu Manas bazasının adı çəkilmir.

Qırğız liderləri ABŞ hərbçilərinin bazadan istifadəsinə son qoymaq qərarlarında bir dəyişiklik olmadığını bildiriblər.

XS
SM
MD
LG