ABŞ prezidenti Barak Obama ümid
edir ki, prezident
seçkiləri ilə əlaqədar İranda siyasi debarların artması ABŞ-İran
yaxınlaşmasının perspektivlərini genişləndirəcək. Administrasiya rəsmilərinin
fikrincə seçkilərdə kimin qələbə çalmasından asılı olmayaraq, Tehranla
yaxınlaşma siyasəti inkişaf edəcək.
Prezident Obama deyir ki, Qahirədəki müraciətimdən sonra biz dəyişikliyin mümkünlüyü barədə mesaj göndərdik: "Sonda seçkilərin nəticələrini iranlılar müəyyən edir. Ancaq bizim Livanda gördüklərimiz İrandada reallığa çevrilə bilər. İnsanlar yeni imkanlar tapmağa çalışır".
Seçkilərlə bağlı oxşar şərhlər verən dövlət katibi Hillari Klinton da deyib ki, iranlılarının səslərini qaldırmaq və bu səslərin sayılması istəyi müsbət əlamətdir.