Accessibility links

ABŞ Konqresi İraq və Əfqanıstandakı əməliyyatların maliyyələşdirilməsinə vəsait ayırdı


ABŞ qanunvericiləri prezident Barak Obamanın İraq və Əfqanıstandakı hərbi əməliyyatların maliyyələşdirilməsinə dair müraciəti üzərində kompromisə gəliblər.

Nümayəndələr Palatası və Senat dünən günün sonunda 106 milyard dollarlıq qanun layihəsini təsdiq edib.

Yekun razılığa prezidentin hər iki hərbi əməliyyatın maliyyələşməsi üçün xahiş etdiyi 80 milyard dollar da daxildir.

Sənəd Nümayəndələr Palatası ilə Senatın demokrat üzvlərinin ABŞ qüvvələrinin İraq və Əfqanıstanda saxlanılanlara qarşı tətdiq etdikləri işgəncələri nümayiş etdirən şəkillərin yayılmaması şərtləri ilə bağlı yaranmış fikir ayrılıqlarının həlli hesab edilir.

Nümayəndələr Palatasındakı demokratlar bu şərtə qarşı çıxırdı. Onlar hesab edirlər ki, bu, şəkillərin yayılmasını qaçılmaz edəcək məhkəmə prosesinə yol aça bilər.

Çıxılmaz vəziyyətə prezident Obamanın bütün qanuni və adminisrativ hüququlardan istifadə edərək foto-şəkillərin yayılmasına mane olacağını bəyan etməsindən sonra son qoyulur.

XS
SM
MD
LG