Accessibility links

Mahmud  Əhmədinejadın yenidən prezident seçilməsi Tehranda etiraz nümayişlərilə qarşılanıb


Tehranda Iran prezidenti Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra polislə etirazçılar arasında toqquşma baş verib.

Toqquşma İranın Daxili İşlər naziri Sadiq Məhsulinin cənab Əhmədinejadın səslərin 62.6 faizini alaraq qələbə çaldığını elan etməsindən sonra başlayıb.

Mahmud Əhmədinejadın əsas rəqibi olan Mir Hüseyn Musəvinin səslərin 33, 75 fazini aldığı bildirilir.

Cənab Musəvinin minlərlə tərəfdarı öz etirazlarını bildirmək üçün Tehran küçələrinə çıxıb. Bəzi nümayişçilər polisə daş atıb, polis kütləni dağıtmaq üçün dəyənəklərdən istifadə edib.

İlkin nəticələrin elan edilməsindən sonra keçmiş baş nazir olan cənab Musəvi cümə günü seçkilərində bir sıra pozuntuları qınayaraq, ciddi pozuntuların olduğunu və nəticələrlə razılaşmayacağını deyib.

Seçkilərin nəticələri hazırkı prezident və cənab Musəvi arasında fərqin çox az olacağını deyən təhlilçilər arasında böyük təəccüblə qarşılanıb.

İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei nəticələri alqışlayıb.


XS
SM
MD
LG