Accessibility links

Pakistan qüvvələri yaraqlılara qarşı reyd keçirib


Pakistan hərbi təyyarələri bu gün ölkənin şimal-qərbində yaraqlıların bütün sığınacaqlarını bombalayıb. Bu reyd tanınmış dini lider də daxil olmaqla iki məsciddə 7 nəfərin ölümülə nəticələnmiş intiharçı hücumlarından sonra keçirilib.

Hərbi rəsmilərin bildirdiyinə görə, Talibanla əlaqəsi olan yaraqlıların lideri Beytulla Məhsudun məskunlaşdığı Cənubi Vəziristan ucqar regionunu hədəf alan hava hücumları nəticəsində 7 militant öldürülüb.

Məshudun sözçüsü dünən Lahor və Novşera şəhərlərində baş vermiş hücumların məsuliyyətini öz üzərilərinə götürüb.

Taliban həmçinin çərşənbə axşamı günü Peşəvər Pearl Continental hotelində 9 nəfərin həyatına son qoyan terror aktını həyata keçirdiyini bildirib.

XS
SM
MD
LG