Accessibility links

Şimali Koreya təhdidlərini davam etdirir


Şimali Koreya bildirib ki,BMT Təhlükəsizlik Şurası ölkəyə yeni sanksiyalar tətbiq etsə, Pxenyan nüvə silahı istehsalını sürətləndirəcək. Rəsmi mətbuat tərəfindən açıqlanan bəyanatda bildirilir ki, Pxenyan gəmilərinə qadağa qoyulacağı təqdirdə hərbi yoldan da istifadə edəcək. Artan sanksiyalar səbəbilə BMT-yə üzv dövlətlər Şimali Koreyaya gedən və ya oradan gələn gəmiləri yoxlamaq hüququna malikdir. Qətnamə habelə Şimali Koreyadan silahların ixracına qadağa qoymaqla yanaşı, güclü maliyyə məhdudiyyətləri də tətbiq edir.
XS
SM
MD
LG