İran
prezidenti Mahmud Əhmədinejadın tənqid obyekti olan İsrail seçkilərin
nəticələrindən ciddi narahatlığını bildirib. İsrailin xarici işlər nazirinin
müavini Denni Ayalon bu gün deyib ki, Əhmədinejadın qələbəsi İranın
təhdidlərinlərinin artdığını göstərir. Onun sözlərinə görə, beynəlxalq
ictimaiyyət İrandan gələn nüvə proqramı və terrorizmə son qoymalıdır. İran
mətbuatı isə yazır ki, Venesuela prezidenti Huqo Çaves Əhmədinejadı qələbə
münasibəti ilə təbrik edib. İran prezidentinin müttəfiqi olan cənab Çaves
ABŞ-ın başqa bir tənqidçisidir. Sabiq ABŞ prezidenti Cimmi Karter isə hesab
edir ki, İranın siyasətində heç bir dəyişiklik olmayacaq.