Accessibility links

Hillari Klinton İran rəsmilərini səslərin ədalətli və şəffaf hesablanmasına çağırıb


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar İranda seçkilərin İran xalqının istəkləri və arzularını əks etdirdiyinə ümid bəsləyir.

Bu gün Kanadada danışan xanım Klinton Obama administrasiyasının seçkiləri yaxından izlədiyini deyib və kampaniya zamanı ciddi debat və dialoqun mövcudluğunu qedy edib.

Bununla yanaşı, Ağ Evin mətbuat katibi Robert Gibs bəyanat verərək, Birləşmiş Ştatların pozuntular da daxil olmaqla, hadisələrin inkişafını yaxından izləməyə davam etdiyini bildirib.

Klinton İranda səsvermə prosesi zamanı pozuntuların olduğu ilə bağlı xəbərləri narahatlıqla qarşıladığını bəyan edib.

O, İran rəsmilərini səslərin ədalətli və şəffaf şəkildə hesablanmasına çağırıb.



XS
SM
MD
LG