Birləşmiş Ştatların artan
təzyiqləri altında İsrailin baş naziri Benyamin Netanyahu bu gün əsas siyasəti
barədə çıxış edib. Baş naziri Netanyahu
deyib ki, Həmasla müzakirələr masasına oturulmayacaq. O fələstin dövlətinin
yaradılmasını, fələstinlilərin tərk-silahı və İsrailin tanındığı təqdirdə baş tuta
biləcəyini deyib.
Benyamin Natanyahu Qüdsü yəhudi dövlətinin paytaxtı kimi bölünməz saxlanacağını bəyan edib. İsrail baş naziri Benyamin Netanyahu ABŞ-ın 2 əsas tələbinə dair müraciətindən öncə Kabineti toplayaraq iclas keçirib. ABŞ tələb etdiyi iki məsələ isə aşağıdakılardır: Yəhudi yaşayış mtəqələrinin inşasının dayandırılması və Fələstin dövlətinin yaranması. Cənab Netanyahunun dəfələrlə hər iki məsələyə mənfi münasibəti ABŞ-la İsrail arasında fikir ayrılığına səbəb olub.