İran
prezidenti Mahmud Əhmədinejad cümə günü keçirilən prezident seçkiləri zamanı
saxtakarlqılara yol verildiyinə dair ittihamları rədd edib. İranın dövlət
başçısı Mahmud Əhmədinejad bu gün təşkil edilən mətbuat konfransında səslər arasındakı
böyük fərqin heç bir sual doğurmadığını deyib. Mahmud Əhmədinejad Tehranın Vəli-e-Əsr
meydanında minlərlə tərfdarı qarşısında çıxış edib. İranın ikinci dönəm
prezidenti seçilən Əhmədinejad deyib ki, səsvermə fəallığı İranın gələcəyinə ümidləri
nümayiş etdirdi. Xalqın ümidlərini doğruldacaq lider xalq tərəfindən
seçilib-deyə İran prezidenti bildirib. İran xalqına seçiminə görə təşəkkürünü
bildrən Əhmədinejad deyib ki, bu seçim dünyanın təkəbbürünə qarşı birləşmiş bir
cəbhə, düşmənlərə qarşı psixoloji müharibədir.Mahmud Əhmədinejadın rəqibi, islahatçı
namizəd Mir Hüseyn Musəvi isə seçkilərinin nəticələrinin ləğvinə çağırıb. Səslərin 33.75 faizini əldə edən Musəvi
hökuməti saxtakarlıqda günahlandıraraq, seçkiləri “şarada” adlandırıb. O,tərəfdarlarını
etiraz aksiyalarını davam etdirməyə səsləyib.