Accessibility links

ABŞ generalı Əfqanıstanda beynəlxalq qüvvələrin yeni komandanı təyin edilib


Əfqanıstanda artmaqda olan zorakı Taliban hərəkatına qarşı mübarizəyə rəhbərlik etmək üçün beynəlxalq qüvvələrin yeni komandanı təyin edilb.

ABŞ generalı Stenli Makkristal paytaxt Kabildə xüsusi mərasim zamanı rəsmi olaraq Birləşmiş Ştatlar və NATO qüvvələrinin komandanlığını öz üzərinə götürüb. Dörd ulduzlu general deyib ki, Talibanla mübarizədə mülki vətəndaşlar arasında tələfatlara yol verməmək missiyanın diqqət mərkəzində olacaq.

Mülki əhali arasında tələfatlar əfqanlar və xarici ölkələrin əsgərləri arasında münasibətlərdə etibarsızlığın yaranmasına səbəb olmuşdu.

XS
SM
MD
LG