Accessibility links

Pakistanın Svat vadisində hərbi əmliyyatlar davam edir


Pakistan ordusunun bildirdiyinə görə, ölkənin şimal-qərbində Taliban yaraqlılarına qarşı əməliyyatlar davam etdirilir və son 24 saat ərzində yaraqlı olmalarında şübhəli bilinən 6 nəfər öldürülüb. Pakistan hökuməti Svat vadisindəki Bannu məntəqəsində ordu ilə yaraqlılar arasında qarşıdurmanın Taliban komandiri Beytulla Məsudun təqib edildiyini elan etməsindən sonra başladığını bildirib. Dir yaşayış məntəqəsində isə silahlanmış yerli əhalinin yaraqlı olmaqda şübhəli bilinən 5 nəfəri öldürdükləri xəbər verilir.

XS
SM
MD
LG