Accessibility links

ABŞ Qırğızıstandakı hava bazasını bağlamağa hazırdır


Birləşmiş Ştatlar Qırğızıstandakı hava bazasını bağlamağa hazır olduğunu bildirib. Birləşmiş Ştatların ordu sözçüsü- general Kristofer Brus bu gün Manas hava bazasının bağlanmasına qoyulan möhlətin avqust ayının 18-nə təyin edildiyini və hərbi sursat və təchizatın atrıq çıxarılaraq, digər yerlərə köçürüldüyünü bildirib.

Bu ilin fevral ayında Rusiya Qırğızıstana 2 milyard dollar məbləğində yardım söz verdikdən sonra Qırğız hökuməti Birləşmiş Ştatlardan Əfqanıstandakı hərbi qüvvələri təchizatla təmin edən hərbi bazanın bağlanmasını tələb edərək, bunun üçün 6 ay vaxt vermişdi. Rusiya isə Qırğızıstanın qəbul etdiyi bu qərarda hansısa rol oynadığını danır.

XS
SM
MD
LG