Accessibility links

Yəməndə girov götürülən xarici vətəndaşların cəsədləri tapılıb


Yəmənin təhlükəsizlik rəsmiləri ölkənin şimalındakı dağlıq regionda girov götürülmüş 9 xarici vətəndaşdan 7-nin cəsədinin tapıldığıbı bildirirlər. Yəmən rəsmilərinin bildirdiyinə görə, bu gün Naşur şəhəri yaxınlığında yerli sakinlər tərəfindən üç alman qadının cəsədi tapılıb. Günün sonunda isə girov götürülənlərdən dördünün də cəsədi aşkar edilib. Tapılan bu 4 nəfərin miliyyətləri barədə məlumat verilmir. Lakinrəsmilər cəsədlərin keçən həftə Saada regionunda oğurlanan 7 almaniyalı, bir britaniyalı mühəndis və bir cənubi koreyalı müəllimdən hansınasa mənsub olunduğunu guman edirlər. Deyilənlərə görə oğurlananlar arasında üç uşaq, Saada xəsətxanasında işləyən iki tibb işçisi, bir mühəndis və onun həyat yoldaşı var idi.

Hökumət rəsmiləri dünən xarici vətəndaşların oğurlanmasında şiə qəbilə qrupu Hozini ittiham etmişdi. Bu qrup isə hökumətin onların adını ləkələmək istədiyini deyərək, bu ittihamları rədd edib. Xarici vətəndaşların girov götürülməsi Yəməndə və Səudiyyə Ərəbistanında Əl-Qaidəni maliyyələşdirməkdə şübhəli bilinən səudiyyəli Həsən Hüseyn bin Alvanın Yəməndə həbs edilməsindən bir gün sonraya təsadüf edir.

Yəməndə xarici vətəndaşlar qəbilə sakinləri tərəfindən əvəzində hökumətdən pul tələb etmək üçün bundan əvvəl də girov götürülürdü, lakin onlara heç bir xəsarət dəymədən azad edilirdi. Almaniyanın Xarici İşlər Nazirliyi girovların qətlə yetirildiyini təsdiq etməmiş, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi isə itkin düşən 34 yaşlı cənubi koreyalı qadının soyadının Eom olduğunu bildirmişdir.


XS
SM
MD
LG